Ceyhun Bayramov Çavuşoğlunun atasının yas MƏRASİMİNDƏ – FOTO/VİDEO

19-04-2025, 18:24 66 dəfə baxılıb

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı Alanyaya səfər edib.

Yenisirvanli.İnfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceyhun Bayramov Çavuşoğlu ailəsini ziyarət edərək, başsağlığı verib.

Daha sonra nazir türkiyəli jurnalistlərə açıqlama verib:

“Buraya gəlməyimizin səbəbi əziz qardaşım və yaxın dostum Mevlüt Çavuşoğlunun atasının vəfatı ilə bağlıdır. Allah Osman Çavuşoğluya rəhmət eləsin, ailəsinə başsağlığı veririk.

Azərbaycanda hamı Mövlud Çavuşoğlunu sevir və ona hörmət edir, o, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına hər zaman xüsusi önəm verib. Bu gün burada bütün Azərbaycan xalqı adından başsağlığı veririk”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031