"Haber Global": "Azərbaycan KKTC-yə xəyanətə qarşı çıxdı"

16-04-2025, 11:00 167 dəfə baxılıb

 

Türkiyənin milli maraqlarını birbaşa hədəfləyən hadisə baş verib. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa Birliyi ilə imzaladıqları investisiya müqaviləsi çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) tanımadıqlarını bəyan edərək, Türkiyənin Kiprdəki mövcudluğunu "işğal" kimi qiymətləndiriblər.

Dörd türk dövləti 12 milyard avroluq investisiya öhdəliyi müqabilində Avropa Birliyinin Kipr siyasətinə tam əməl edəcəyinə söz verib. Sözügedən ölkələr Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə sadiq olduqlarını bəyan edib və sadəcə, Cənubi Kipr Administrasiyasını adanın "yeganə qanuni hökuməti" olaraq tanıyacaqlarını rəsmən elan ediblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə ilə bağlı "Haber Global"da bəzi mütəxəssislər fikirlərini bildiriblər.

"Türk dövlətlərindən Avropa Birliyi ilə qalmaqallı razılaşma: 12 milyard avro müqabilində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə xəyanət" başlıqlı xəbərdə mütəxəssislər baş verənləri şərh edib, Azərbaycanın bu məsələdə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyini yüksək qiymətləndiriblər.

İstefada olan kontr-admiral Cihat Yaycı Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda səsləndirdiyi "Şimali Kipr Türk Cümhuriyyətinin hər zaman arxasındayıq. Onlar bizim qardaşımızdır, tanınmalıdırlar. Tanınmaları da hüquqi cəhətdən haqlarıdır" ifadələrini xatırladıb.

"Cənab İlham Əliyevin açıqlaması möhtəşəm bir açıqlamadır. Nə varsa, can Azərbaycanda var", - deyə Cihat Yaycı əlavə edib.Oxu.az

Daha ətraflı videosüjetdə: 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930