ANONS EDİLDİ: "Öncə Zəngəzur dəhlizi açılacaq, sonra isə..." - MÜHÜM GƏLİŞMƏ

14-04-2025, 18:47 3 dəfə baxılıb

 

Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir. Siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edib. o bildirib ki, Yaxın gələcəkdə Azərbaycan ordusu Tavuş istiqamətində irəliləyəcək. Bəs görəsən, erməni siyasətçinin dedikləri nə dərəcədə realdır?

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mövzunu KONKRET.az-a politoloq Cavanşir Abbaslı şərh edib:

Cavanşir Abbaslı: "Nüvəsi ilə dünyanı səksəkədə saxlayan Putin, hətta  Xersonun getdiyini görsə, dəhşətli silaha əl ata bilər” Pravda.az

“Nəinki Tavuş, Ermənistan tərəfində qalan Qazaxın 3 və Naxçıvanın Kərki kəndi də gec-tez Azərbaycana qaytarılacaq. Bu, sadəcə zaman məsələsidir. Prezidenti İlham Əliyevin dediyi kimi, “Bir qarış Azərbaycan torpağı da Ermənistan tərəfində qalmayacaq”. Zəngəzur dəhlizi açılacaq və digər tarixi Azərbaycan əraziləri nəzarətimizə keçəcək. Erməni cəmiyyətində bunun necə qarşılanacağı isə bəllidir. Biz 2020-ci ildə bunun şahidi olmuşuq. Biabırçı məğlubiyyətdən sonra hər kəs erməni cəmiyyətinin etiraz edəcəyini və Paşinyanı devirəcəyini düşünürdü. Ancaq görünən odur ki. bu, baş vermədi. Əksinə Paşinyan növbədənkənar seçkilərə gedərək yüksək səs topladı. Bu, onu göstərir ki, artıq erməni cəmiyyəti Azərbaycanın öz torpaqlarını geri qaytaracağı ilə barışıb. Qarabağın öz həqiqi sahiblərinə qayıtması ilə barışan erməni xalqı Tavuş və digər torpaqların da Azərbaycanın nəzarətinə keçəcəyi ilə gec-tez barışmaq məcburiyyətində qalacaq. Erməni siyasətçilərin belə fikirlər səsləndirməsi isə cəmiyyəti buna hazırlamaq məqsədi daşıyır. Rəsmi Bakı bu məsələlərdə fəaliyyətini gücləndirməli və geri addım atmamalıdır. Biz diplomatik masada həmin əraziləri geri qaytaracağıq. Yaxın aylarda Zəngəzur dəhlizinin açılmasının, daha sonra isə Qazaxın qalan kəndlərinin geri qaytarılmasının şahidi olacağıq. Azərbaycan tərəfi isə heç zaman Başkəndin Ermənistana verilməsi ilə razılaşmayacaq”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930