Azərbaycan XİN fransalı nazirə cavab verdi

14-04-2025, 18:30 3 dəfə baxılıb

 

Fransanın Ermənistana öldürücü silahlar verməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan-Noel Barronun regional gərginlikdən narahatlığını ifadə etməsi ilə ziddiyət təşkil edir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "X" sosial şəbəkəsində yazıb.

"Bu ikilli yanaşma Fransanın ikiüzlülüyünü ifşa edir. Sülh sazişi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin həllini, xüsusilə Ermənistan Konstitusiyasında ərazi iddialarının aradan qaldırılması və sabitliyi pozan xarici müdaxilələrin, o cümlədən, Fransanın müdaxiləsinin dayandırılmasını tələb edir.

Bundan başqa, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə mane törətmək təkcə daxili işlərə qarışmaq deyil, həm də bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilmə prosesinə xələl gətirir", - o bildirib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930