Hökumət Əli İnsanovun partiyasına maliyyə ayıracaq

14-04-2025, 10:53 2 dəfə baxılıb

 

Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyanın hamısı 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Qeyd edək ki, ötən ildən siyasi partiyaların maliyyələşməsində yeni mexanizmə keçid edilib. Belə ki, parlament seçkilərində iştirak edən siyasi partiyaların hamısına maliyyə vəsaiti ayrılır. Ancaq ötən ilin hesabatlarına nəzər salanda görürük ki, parlament seçkilərində iştirak etməyən bəzi partiyalara maliyyə vəsaiti ayrılmayıb.

Onlardan biri sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasıdır. Partiyanın hesabatında bütün göstəricilərin qarşısına "0" rəqəmi yazılıb.

Modern.az partiya ilə əlaqə saxlayıb. Partiyanın sədr müavini Rəşad Abbaslı bildirib ki, Haqq Ədalət Partiyasına indiyə qədər heç vaxt dövlət tərəfindən maliyyə vəsaiti verilməyib: "Haqq Ədalət Partiyasına indiyə kimi heç vaxt maliyyə vəsaiti ayrılmayıb. Bunun səbəbi bizə məlum deyil. Bizə bununla bağlı heç bir məlumat verilməyib".

Rəşad Abbaslı qeyd edib ki, bu il partiyaya maliyyə vəsaitinin verilməsi gözlənilir:

"Amma bu il vəsait ayrılması, yəqin ki, gözlənilir. Çünki hamı hesabatını verməlidir. Partiyalar hesabatını verdikdən sonra, yəqin ki, maliyyə vəsaitinin verilməsi gözləniləcək".



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930