Türkiyə və İsrail Bakıda ANLAŞA BİLMƏDİLƏR

11-04-2025, 11:21 4 dəfə baxılıb

 

Türkiyə və İsrail Bakıda danışıqlar zamanı Suriyada iki ölkə arasında gərginliyin qarşısını almaq üçün razılığa gələ bilməyiblər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, İsrail və Türkiyə tərəflərinin Suriyada aralarında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması barədə razılığa gəlməyə çalışdıqları danışıqlar aprelin 12-dən 19-dək qeyd olunacaq yəhudilərin Pasxa bayramı bitdikdən sonra davam etməlidir.

"Kan" həmçinin iddia edib ki, Türkiyə Azərbaycana İsrail nümayəndə heyətini aparan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin öz hava məkanından keçməsinə icazə verməkdən imtina edib. Nəticədə təyyarə Qara dəniz üzərindən daha qərbə Türkiyə ətrafında uçmağa məcbur olub.

Həmin ərəfədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövləti və Türkiyə nümayəndələrinin Azərbaycanda danışıqlar apardığını təsdiqləyib. Nazirlər Kabinetinin rəhbəri bildirib ki, görüş zamanı tərəflər regiondakı maraqlarını bəyan ediblər, bundan sonra regional sabitliyin qorunması üçün dialoqun davam etdirilməsi razılaşdırılıb./Publika.az



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031