Sülh istəyən Ermənistan niyə atəşkəsi pozur? – POLİTOLOQ

9-04-2025, 10:04 46 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri ordumuzun mövqelərini atıcı silahlarla, fasilələrlə intensiv atəşə tutub. Ermənistanın sülh müqaviləsinin imzalanmasına dair bəyanatları ilə praktiki addımları arasında yaranan ziddiyyətlər regionun təhlükəsizliyinə necə təsir edir? Onlar may ayında hansı addımları atacaqlar? Bir yandan sülh istəyib digər yandan niyə atəşkəsi pozurlar?

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, məsələ ilə bağlı Ti.az-ın sorğusunu cavablayan politoloq Elşən Manafov bildirib ki, erməni tərəfinin Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olması barədə bəyanatları onun reallıqda sərgilədiyi mövqe ilə ziddiyyət təşkil edir. Yəni Ermənistanın əməli ilə sözləri üst-üstə düşmür. Bu isə rəsmi İrəvanın qeyri-səmimi mövqeyinin göstəricisi kimi diqqət çəkir.

Politoloqun sözlərinə görə, Paşinyanın Azərbaycanla sülhə hazır olması ilə bağlı bəyanatlarının fonunda təmas xəttində erməni tərəfinin atəşkəs barədə razılaşmanın şərtlərini tez-tez və kobud şəkildə pozması Ermənistanın qeyri-konstruktiv mövqeyinin göstəricisi olmaqla yanaşı, onun bölgənin təhlükəsizliyi ilə bağlı məsələlərə fərqli rakurslardan yanaşdığını göstərir. Həmişə olduğu kimi, regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi üçün bəlli güc mərkəzlərinin ixtiyarında alət və ya vasitə kimi istifadə edildiyini nümayiş etdirir.

Azərbaycanın ölkənin əsas qanununda dəyişikliklərlə bağlı tələblərinə rəsmi İrəvan dövlətin daxili işi kimi yanaşır. Referendumun 2027-ci ildə keçiriləcəyini bildirərək rəsmi Bakıya bu hadisədən əvvəl sülh müqaviləsinin imzalanmasını təklif edir. Bu isə təbii ki, Azərbaycan üçün bəlli beyin mərkəzlərində düşünülmüş bir tələdir və geosiyasi mahiyyət daşıyır. Referendumun nəticələrini gözləmədən Ermənistanla sülh müqaviləsinin imzalanması rəsmi Bakını çıxılmaz vəziyyətə sala bilər. Çünki müqavilənin imzalanmasından sonra Ermənistan özünün əsas qanununda nəzərdə tutulan dəyişiklikləri həyata keçirməyə bilər. Bu isə Ermənistana ölkənin əsas qanunundakı bəlli müddəalara istinad edərək Azərbaycanla müqaviləni birtərəfli qaydada pozmaq üçün hüquqi əsas yarada bilər.

Ermənistan öz qanunvericiliyində hüquqi islahatlara olan zərurəti Avropa Birliyinin tələbləri ilə əsaslandıraraq Azərbaycanın marağında olan məsələləri referendum gündəminə daxil etməyə bilər. Bu isə imzalanacaq sülh müqaviləsinin siyasi əhəmiyyətini və bölgədə uzunmüddətli sülhün perspektivlərini sual altına alır.

Ermənistan istisna deyil ki, qanunvericiliyində hüquqi islahatlara gedəcək. Ancaq bu halda həyata keçiriləcək dəyişikliklər əsasən qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması məqsədi daşıyacaq. Rəsmi İrəvan Avropaya inteqrasiya ilə bağlı proseslərdən geosiyasi dividend qazansa da, bunun Azərbaycanla münasibətlərin normallaşdırılmasına əməli təsiri olmayacaq.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930