Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır

6-04-2025, 18:03 66 dəfə baxılıb

 

Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.

Yenisirvanli.İnfo.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Anadolu"ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: "Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik".

Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: "Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq".

Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayan Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib.

"Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir".


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930