10 gün sonra bu ərazilər Azərbaycana təhvil veriləcək - Erməni qoşunlar çıxarılır

3-04-2025, 11:09 76 dəfə baxılıb

 

Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiya işlərinə hazırlıq aparılır. Ermənistan tərəfi Əskipara-Bağanis yolu boyunca tikanlı məftillər çəkir. Bu o deməkdir ki, Ermənistan qoşunları hazırki mövqelərindən ən azı 500-600 metr geri çəkiləcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Açarkurt icma şurasının keçmiş üzvü Karen Qazaryan deyib.

O qeyd edib ki, aprelin 15-dən sonra demarkasiya işlərinə start veriləcək və erməni qoşunları mövqlərindən çıxarılacaq.

“Bu haqda hələ yanvar ayında məlumat almışdım. Hazırda qoşunlar eyni yerdə dayanıb, sadəcə müəyyən hazırlıq işləri aparılır. Son günlər Voskepar (Əskipara)-Bağanis yolunda tikanlı məftillər çəkilir. Anklav olan Yuxarı Əskiparanın təhvil veriləcəyini bilirik, lakin hazırda İcevan, Bərxudarlı, Sofulu yolunda müəyyən işlər görülür. Bu işlər başa çatdırılacaq və minaların təmizlənməsinə strat veriləcək. Əldə etdiyim məlumata görə, aprelin 15-dən sonra qoşunların çıxarılması həyata keçiriləcək”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sərhədin delimitasiyasının şimal istiqamətində - Qazax-Tavuş – davam etdirilməsi ilə bağlı razılığa gəlib.Piblika.az

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031