Qərbi Azərbaycan Xronikası: Yunan jurnalistinin İrəvan qeydlərində Azərbaycan gerçəyi

3-04-2025, 10:31 245 dəfə baxılıb

 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Yunan jurnalistinin İrəvan qeydlərində Azərbaycan gerçəyi” adlı veriliş hazırlanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, verilişdə İslam peyğəmbərini ağır təhqir edən erməni Sevan Nişanyanın arvadı olan İra Tsuru adlı yunan jurnalistin azərbaycanlıların mədəni irsinin yeganə nümunəsi olan qədim İrəvanın Təpəbaşı məhəlləsi ilə bağlı etiraflarına və türkə olan nifrətindən söz açılır.

Bildirilir ki, Təpəbaşının sahibinin azərbaycanlılar olduğunu yazan yunan jurnalistin İrəvan qeydlərində Azərbaycan gerçəyi yer alır: “İrəvan yüz il əvvəl erməni şəhərinə çevrilib. Şəhər azərbaycanlıların olub və sonradan erməni ailələri buralarda yerləşdirilib”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Report

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031