Ukrayna böyük hücuma HAZIRLAŞIR – Kremldən SON DƏQİQƏ AÇIQLAMASI

20-02-2025, 18:16 3 dəfə baxılıb

 

“Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətində irəliləmək cəhdinin olub-olmaması ilə bağlı sualları Rusiya Müdafiə Nazirliyinə ünvanlamaq lazımdır”.

Yenisirvanli.İnfo.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada hazırlanan hücumla bağlı yayılan xəbərlərə reaksiya verib.

Onun sözlərinə görə, müdafiə nazirliyində müharibə ilə bağlı daha çox məlumat var.

“Ordumuz xüsusi hərbi əməliyyatı davam etdirir, bütün cəbhələrdə vəziyyətə nəzarət edir”, – deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya telegram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə doğru irəliləmək istədikləri barədə məlumatlar yayımlanıb. Eyni zamanda, müxbir Aleksandr Sladkov bu məlumatların doğru olmadığını iddia edib.

Texnikaların və bir neçə min əsgərin 50 km məsafədə yerləşdiyi bildirilib.

“Ukrayna hərbçilərinin əsas qrupu Sumı vilayətinin iki yaşayış məntəqəsində cəmləşib. Təxminən 5000-dən çox Ukrayna hərbçisi, 200-dən çox texnika, o cümlədən “Leopard” və “Abrams” tankları, zirehli döyüş maşınları və başqa hərbi texnika hazırda oradadır. Sumı vilayətindəki Şostka və Qluxovdan mülki əhalinin qismən təxliyəsi barədə də məlumatlar var”, – SHOT teleqram kanalı yazıb.

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin bütün hərəkətləri Rusiya hərbçiləri tərəfindən nəzarət olunur. Ukrayna hərbçilərinə qarşı hava hücumları və artilleriya atəşləri açılır.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930