Pezeşkian Azərbaycana GƏLİR

1-04-2025, 11:30 138 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, telefon danışığı ilə əlaqədar İran tərəfi də məlumat yayıb.

Açıqlamada bildirilir ki, telefon danışığı zamanı Pezeşkian Azərbaycan Respublikasına qarşıdakı səfəri barədə də danışıb.

“Ümid edirəm ki, bu səfər zamanı iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələr apara bilərik”, - Pezeşkian qeyd edib.

Səfərin dəqiq nə vaxt baş tutacağı açıqlanmayıb./Bizim.Media

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031