Siyasi partiyalara XƏBƏRDARLIQ: Aprelin 1-dək...

30-03-2025, 18:16 107 dəfə baxılıb

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmələri üçün ayrılan müddət başa çatır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, siyasi partiyalar hər il aprelin 1-dən gec olmayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim etməlidir.

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Məlumat üçün bildirək ki, MSK sədri Məzahir Pənahov qurumun martın 18-də keçirilən iclasında məsələni xatırladaraq lazımi addımların atılmalı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınan 26 partiya mövcuddur. Bizim Media

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031