Azərbaycanın baş konsulu Arizona ştatının dövlət rəsmiləri ilə görüşüb

29-03-2025, 11:05 259 dəfə baxılıb

 

Azərbaycanın Kaliforniya ştatının Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov Arizona ştatının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

“Dövlət və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Toni Rivero və Arizona Nümayəndələr Palatasının nümayəndəsi Castin Uilmetlə görüşməkdən məmnunam”, - deyən azərbaycanlı diplomat mühüm məsələləri müzakirə etmək imkanına görə dövlət rəsmilərinə minnətdarlığını bildirib.

Baş konsul eyn zamanda ştatın Dövlət katibi (Vitse-qubernatorun oxşarı - Qeyd) Adrian Fontes ilə də görüşüb: “Mənalı görüşə və gözəl müzakirəyə görə təşəkkür edirəm. Biz Azərbaycan və Arizona arasında daha sıx tərəfdaşlıq gözləyirik”.Report.az

Yenisirvanli.İnfo.Az 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031