Rusiya zəifləyir, İran isə narahatdır…

26-03-2025, 18:23 156 dəfə baxılıb

 

Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var. İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır.

 Yenisirvanli.İnfo.Az Baku.TV-yə istinadən xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski İran Xarici işlər naziri Abbas Arakçının Ermənistana səfərini şərh edərkən deyib.

O bildirib ki, Arakçının səfəri zamanı həm regional, həm də geosiyasi proseslərə aid genişspektrli məsələlər müzakirə olunub:

"Maraqlıdır ki, İran tərəfinin kifayət qədər tez-tez istinad etdiyi regional 3+3 formatı məsələsi gündəmə gətirilməyib. Düşünürəm ki, buna səbəb səfərdə əsas diqqətin İrəvan-Bakı münasibətləri məsələsi olmasıdır".

O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir:

"Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub. Baxmayaraq ki, ABŞ-nin yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu, Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir. Burada problem yeni administrasiyanın kəskin antiiran mövqeyində olmasıdır.

Ümumiyyətlə, Ermənistan-İran münasibətlərinin inkişafı geosiyasi mürəkkəbliyi olan bir prosesdir, lakin bu, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərində problemlər yaşayan Ermənistan üçün çox vacibdir".

Onun fikrincə, son illər İran vaxtaşırı regiona diqqətəlayiq səfərlər edir və bütün bunlar İranın Cənubi Qafqazda təsirini dərinləşdirməyə yönəlib:

"Bu, həm də Rusiyanın mövqelərinin zəifləməsi və Türkiyənin daha da güclənməsi ilə bağlıdır. Buna görə də İran imkan daxilində təşəbbüslər göstərir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930