Paşinyan: Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu

26-03-2025, 18:10 46 dəfə baxılıb

 

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu...


“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında bildirib.

"Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, Qarabağ hərəkatı davam etməməlidir", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsindən imtina məntiqində ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsini mümkün hesab edir.

Bununla belə, Paşinyan bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsində tələsmədiyini etiraf edib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930