İlham Əliyev Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib

26-03-2025, 11:10 81 dəfə baxılıb

 

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Banqladeş münasibətlərinin genişləndirilməsinə və əməkdaşlığının yeni məzmunla zənginləşdirilməsinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bunun üçün yaxşı imkanlar yaratmışdır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizə və dost Banqladeş xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram".

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031