Erməni deputat: “Əliyev siyasətdə qrosmeysterdir”

26-03-2025, 10:23 167 dəfə baxılıb

 

“Paşinyan Əliyevlə şahmat oyununda uduzdu. İndi isə erməni xalqına qarşı şahmat oyununda qalib gəlməyə çalışır”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu fikirlər erməni müxalifətindən olan deputat Hayk Mamicanyana məxsusdur.

O bildirib ki, Prezident İlham Əliyev siyasətdə usta qrosmeysterdir. “Bu bacarığı sayəsində Əliyev Paşinyanı əlində oynatdı. İndi də istədiklərini yavaş-yavaş alır”.

Amma Mamicanyan söhbət əsnasında  44 günlük müharibəyə də toxunub. O deyib ki, Sarkisyan hakimiyyətdə olanda bahalı silahlar alıblar. Lakin Paşinyan gəldikdən sonra proses dayandırılıb. “Həmin vaxt biz “İsgəndər” raketləri almışdıq. Bu strateji silahdan hər yerdə istifadə etmək olmazdı. Görəsən, “İsgəndər” raketindən Şuşada istifadə etmək kimin dahiyanə fikri idi? Halbuki ondan müharibənin ilk günlərində Azərbaycan Ordusunun çoxlu sayda toplaşdığı yerləri vurmaq lazım idi”.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930