Araqçidən Azərbaycanla Ermənistana çağırış

25-03-2025, 18:03 468 dəfə baxılıb

 

İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır.

erir ki,  Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi İrəvanda erməni həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son aylarda iki ölkə arasında yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsi üçün intensiv danışıqlar aparılıb. O, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məqsədilə tərəflərin yaxından fikir mübadiləsi apardığını vurğulayıb.

Abbas Araqçi qeyd edib ki, sözügedən müqavilənin tezliklə imzalanması regionda uzunmüddətli sabitliyə və sülhə töhfə verəcək.

İranlı nazir Azərbaycan və Ermənistanı bu sazişi mümkün qədər tez imzalamağa çağırıb: "Biz hər iki tərəfi bu anlaşmanı mümkün qədər tez imzalamağa çağırırıq".

Abbas Araqçi, eyni zamanda, İranın Cənubi Qafqazda istənilən sərhəd dəyişikliyinin əleyhinə olduğunu vurğulayıb.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031