Ərdoğan Trampın planını tənqid etdi "Türkiyə buna yol verməyəcək"

19-02-2025, 18:29 4 dəfə baxılıb

 

"ABŞ Prezidenti Donald Trampın Administrasiyasının Qəzza zolağı sakinlərinin köçürülməsinə dair planları qəbuledilməzdir və Türkiyə buna yol verməyəcək"...


Yenisirvanli.İnfo.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edərkən deyib.

"Biz İsrail tərəfindən təhrik edilən Amerika administrasiyasının məqsədi qardaşlarımızın Qəzzadan, vətənlərindən qovulması olan qeyri-insani, qeyri-legitim planlarının reallaşmasına heç vaxt yol verməyəcəyimizi qətiyyətlə vurğuladıq", - deyə o bəyan edib.

Xatırladaq ki, D.Tramp fevralın 4-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Vaşinqtonun Qəzza zolağına uzun müddət sahib olmaq məsələsini nəzərdən keçirdiyini bildirmişdi. O, Qəzza sakinlərinin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu söyləmişdi.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031