Səhnəmizin Florası 85 yaşında...

Bu gün, 15:36 1 845 dəfə baxılıb

 Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür.


“Yenisirvanli.info.az” 85 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb.


Xalq artisti bildirib ki, ad gününü ailəsi ilə birlikdə qeyd edəcək: “Özümü yaxşı hiss edirəm. Hazırda evdəyəm, istirahət edirəm. Doğum günümü ailəmlə, yaxınlarımla birlikdə keçirəcəyik”.


Qeyd edək ki, F.Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Sənət fəaliyyətinə hələ 13 yaşında başlayan sənətkar uzun illər Azərbaycan Dövlət Filarmoniyasında, AzTV-də və ölkənin müxtəlif mədəniyyət ocaqlarında çıxış edib. Flora Kərimova dörd oktavanı əhatə edən nadir səs diapazonu ilə seçilən müğənnilərdən biri kimi tanınır. Azərbaycan Televiziyasının “Qızıl Fond”unda ən çox əsəri qorunan sənətkarlardan biri də məhz Flora Kərimovadır.


Müğənni kino sahəsində də fəaliyyət göstərib. O, “Qanun naminə”, “Toyda görüş”, “Həyat bizi sınayır”, “Yollar görüşəndə...”, “Arşın mal alan” və “Qayınana” filmlərində rol alıb, eyni zamanda onlarla bədii, sənədli və cizgi filminə mahnılar səsləndirib.


1992-ci ildə “Xalq artisti” fəxri adına layiq görülən Flora Kərimova “Şərəf” ordeni, Prezidentin fərdi təqaüdü və bir sıra nüfuzlu mükafatlarla təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031