Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar

4-07-2026, 12:45 1 752 dəfə baxılıb

Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovla bağlı yeni məlumatlar geniş müzakirə obyektinə çevrilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova Amal Məlikovun əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı bir sıra sənədləri yayıb.


Sənədlərə əsasən, Amal Məlikova 2021-ci ildə xuliqanlıq maddəsi ilə bağlı hökm oxunub. Qeyd edilib ki, Amal Məlikov başqa şəxslə birlikdə ictimai qaydanı pozmaqda, mübahisə və zor tətbiqi ilə bağlı hadisədə təqsirli bilinib.


Həmçinin mərhuma 2022-ci ildə narkotik vasitə ilə bağlı hökm oxunub. Sənəddə göstərilib ki, onun üzərindən 2.262 qram heroin aşkar olunub. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay azadlıqdan məhrum edilib, həmçinin narkomaniyadan məcburi müalicə təyin olunub.


Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. 


Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.


Sözügedən sənədləri təqdim edirik:

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031