4 mahnı oxuyub 2 milyon alacaq

9-05-2026, 16:19 1 180 dəfə baxılıb

 

“Qalatasaray” futbol klubunun çempionluq şənlikləri üçün dünyaşöhrətli müğənni Dua Lipa ilə danışıqlara başladığı bildirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Türkiyə Super Liqasında 26-cı çempionluğunu elan etməyə hazırlaşan “sarı-qırmızı”lılar möhtəşəm bayram proqramı üçün xüsusi hazırlıq görür.


Məlumata görə, “Qalatasaray” rəhbərliyi çempionluq kubokunun təqdim ediləcəyi gecədə səhnə alması üçün Dua Lipaya 2 milyon dollar (3,4 milyon manat) təklif edib.


İddialara əsasən, məşhur sənətçinin tədbirdə 4 mahnı ifa etməsi planlaşdırılır.


Türkiyəli jurnalist Yakup Çınar bildirib ki, tərəflər arasında aparılan ilkin danışıqlar müsbət istiqamətdə davam edir və sənətçinin təklifə isti yanaşdığı qeyd olunur.


Qeyd edək ki, “Qalatasaray” bu gecə “RAMS Park” stadionunda “Antalyaspor”la qarşılaşacaq. Komanda oyunda qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirə bilər. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031