İlin ən gözlənilən gecəsindən - Fotolar

5-05-2026, 11:22 1 110 dəfə baxılıb


İlin ən böyük moda gecəsi olan “Met Qala” başlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Metropoliten İncəsənət Muzeyinin Kostyum İnstitutuna xeyriyyə məqsədilə təşkil edilən “Met Qala” hər il fərqli bir mövzu və geyim kodu ilə keçirilir.


Hər il may ayının ilk bazar ertəsi günü keçirilən moda tədbiri artıq başlayıb.


Builki “Met Qala”ya ev sahibliyini Anna Vintur, Beyons, Nikol Kidman və Vinnus Uilyams kimi məşhurlar edəcəklər.


Hər il fərqli bir mövzu ilə keçirilən “Met Qala”nın 2026-cı il mövzusu “Kostyum sənəti” olaraq müəyyən edilib. Builki “Moda sənətdir” geyim kodu qonaqları geyim vasitəsilə yaradıcı ifadə forması yaratmağa və qırmızı xalını canlı qalereyaya çevirməyə təşviq edir.


1948-ci ildən bəri keçirilən “Met Qala”da telefon istifadə etmək və selfi çəkmək qadağandır. Bu, tədbirin diqqət mərkəzindəki dizaynlara tam fokuslanmasını təmin edir.


2026-cı ilin “Met Qala”sına Rihanna, Bəd Banni, Leydi Qaqa, Cici Hadid kimi məşhurlar qatılıb. 


10 ildən sonra Beyons “Met Qala”da iştirak edərək gecəyə xüsusi rəng qatıb.


İlin ən çox gözlənilən gecəsindən fotoları təqdim edirik:

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031