Puqaçova Ermənistana köçə bilər - KİV

11-03-2026, 16:10 868 dəfə baxılıb


Rusiyanın Xalq artisti Alla Puqaçovanın Kiprdəki evi satışa çıxarılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.


Bildirilib ki, buna səbəb Yaxın Şərqdə münaqişənin kəskinləşməsidir.


Məlumatda həmçinin qeyd olunub ki, 76 yaşlı müğənni uzun müddətdir satışa çıxardığı malikanəsində yaşamır və Bolqarıstanda ev axtarır. Həyat yoldaşı, 49 yaşlı şoumen Maksim Qalkin isə bu ölkənin paytaxtı Sofiyaya köçüb və yeni mənzilində tək yaşayır.


Puqaçovanın keçmiş stilisti onun Ermənistanın paytaxtı İrəvanda məskunlaşa biləcəyini iddia edib. Eyni zamanda müğənninin Latviyaya köçə biləcəyi də versiyalar sırasındadır.


Qeyd edək ki, A.Puqaçova ilə M.Qalkin artıq 20 ildən çoxdur münasibətdədir, lakin rəsmi nikaha 15 il öncə giriblər.


2022-ci ildə onlar övladları ilə birlikdə Rusiya-Ukrayna müharibəsi fonunda İsrailə köçüb, daha sonra İsrail-Fələstin münaqişəsinə görə Kiprin Limasol şəhərinə gediblər. Hətta cütlüyün Londona köçəcəyi haqda xəbər yayılmışdı.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031