“Heç vaxt təmtəraqlı ad günləri keçirməmişəm” - 70 yaşlı Xalq artisti

24-02-2026, 13:21 695 dəfə baxılıb

 

Bu gün Xalq artisti, “Şöhrət” ordenli muğam ifaçısı Səkinə İsmayılovanın ad günüdür. 


“Yenisirvanli.info.az” 70 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb. Xalq artisti doğum gününü doğmaları ilə birlikdə qeyd edəcəyini bildirib:


“Şükür Allaha hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm. Adətən doğum günümdə doğmalarımın yanında oluram. Bu, illərdir belədir. Heç vaxt təmtəraqlı ad günləri keçirməmişəm və bunu sevmirəm. Doğmalarımın yanında olmaq mənə rahatlıq gətirir. Mən düşünürəm ki, ad gününü elə bu cür keçirmək lazımdır.


Fevral mənim ayımdır. Ayın 1-dən çoxsaylı təbrik mesajları, zəngləri alıram. Doğmalar, yaxınlar, dostlar məni təbrik edirlər. Dünyanın bir çox ölkələrindən gələn təbriklər məni xoşbəxt edir. Bu dünyada ən gözəl hədiyyə məhz sevgidir, xalqın sevgisi. Həyatda hər şey əldə etmək olar, amma xalqın sevgisi Allahın bir lütfüdür. Mən çox xoşbəxtəm ki, bu yaşa qədər xalqım məni hər zaman sevib”.  


Qeyd edək ki, S.İsmayılova 24 fevral 1956-cı ildə Bakıda anadan olub. Opera səhnəmizin Leylisi, Əslisi, Gülbaharı, Şahsənəmi olan sənətçi Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin fərdi təqaüdünə, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031