Məşhur müğənni təyyarə qəzasında həlak oldu - Öləcəyini yuxuda görübmüş

11-01-2026, 12:38 206 dəfə baxılıb

 

Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəticəsində məşhur müğənni Yeison Ximenez də daxil olmaqla, altı nəfər həyatını itirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Boyaka inzibati bölgəsində yerləşən Paipadan Medelinə uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.


Konsert vermək üçün Medelində olan 35 yaşlı sənətçinin ölümü ölkədə böyük kədərə səbəb olub.


Məlumata görə, müğənni qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı dəfələrlə narahatedici yuxular gördüyünü bildirib:


“Üç dəfə yuxuda təyyarə qəzası gördüm. Pilotun yanına gedib təyyarəni çevirməsini xahiş edirdim. Pilot isə mənə “Yaxşı ki, xəbər verdin, nəsə səhv gedirdi” deyirdi. Yuxularımdan birində isə öldüyümüzü və bu hadisənin xəbərlərdə yayımlandığını görmüşdüm”.


Qeyd edək ki, 1991-ci ildə Kaldas inzibati bölgəsinin Manzanares şəhərində anadan olan Yeison Ximenez “Aventurero”, “Vete” və “Mi venganza” kimi hit mahnıları ilə son illərdə Kolumbiyanın ən məşhur və ən çox dinlənilən sənətçilərindən biri kimi tanınırdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031