Sevinc Kərimova dəfn olundu - Fotolar

8-01-2026, 16:43 169 dəfə baxılıb


Ötən gün dünyasını dəyişən, “Karvan” musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilib.


“Yenisirvanli.info.az” Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi mərhumun evində baş tutub.


Vida mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.


Daha sonra o, Qala kənd qəbiristanlığında torpağa tapşırılıb.


Xatırladaq ki, Sevinc Kərimova ötən gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031