Di Kaprio mükafatını onlayn aldı - Bu səbəbdən

4-01-2026, 16:27 132 dəfə baxılıb

 

Hollivud ulduzu Leonardo Di Kaprio Venesuelaya tətbiq olunan hava məhdudiyyətləri səbəbindən Palm-Sprinqs kinofestivalının qala-konsertində iştirak edə bilməyib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Di Kaprio “Döyüş ardınca döyüş” filmindəki roluna görə təqdim olunacaq “Desert Palm Achievement Award” mükafatını videobağlantı vasitəsilə qəbul edib.


Di Kaprio çıxışında kinonun kollektiv izlənmə təcrübəsinə diqqət çəkərək deyib: “Filmlər hələ də birlikdə izlənilmək üçün nəzərdə tutulub. İndi bu əminlik hər zamankından daha vacibdir”.


Qeyd edək ki, “Oskar” mükafatçısı hazırda Sen-Bartelemi adasında olduğu üçün bölgədəki uçuş məhdudiyyətlərinə görə Palm-Sprinqsə səfər edə bilməyib. Hava limanı “X” platformasında yaydığı açıqlamada reyslərin gecikdiyini təsdiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031