ABŞ-də tanınmış aktyor evində ölü tapılıb

13-12-2025, 14:18 121 dəfə baxılıb

 

"Maska" və "Pulp Fiction" filmlərindəki rolları ilə tanınan ABŞ-li aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü tapılıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb.


"Piter üz nahiyəsindən xəsarət alaraq üzüüstə yerə uzanmışdı və hər yer qan içində idi", - deyə aktyorun adının çəkilməsini istəməyən qonşusu bildirib.


Ölüm səbəbi və cinayət törətməkdə şübhələr hələ rəsmi olaraq müəyyən edilməyib.


Nəşr şəhər polisindəki mənbələrinə istinadən yazıb ki, aktyorun mənzilində Nyu-Yorkdakı İrlandiya mütəşəkkil cinayətkar qruplarının iştirakına dair dəlillər tapılıb.


Məlumata gərə, aktyor yaxın vaxtlarda ağciyər nahiyəsindəki xoşxassəli şişin çıxarılması üçün əməliyyat olunmağı planlaşdırıbmış.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031