Puqaçova Rusiyada ticarət nişanına hüquqlarını itirdi

17-11-2025, 15:23 123 dəfə baxılıb

 

Rusiyalı müğənni və SSRİ Xalq artisti Alla Puqaçova Rusiyada "Retsital" ticarət nişanına olan hüquqlarını itirib. O, 2022-ci ildən xaricdə yaşayır.


Yenisirvanli.info.az -ın RBC nəşrinə istinadən xəbərinə görə, bu barədə məlumat "Rospatent" bazasında əks olunub.


Məlumata görə, "Retsital" ticarət nişanı üçün  müraciət "Rospatent"ə 16 oktyabr 2015-ci ildə təqdim edilib, 2017-ci ildə isə onun qeydiyyata alınması barədə qərar qəbul edilib. Ticarət nişanının qeydiyyatı üzrə ərizənin təqdim edilməsindən 10 il sonra, yəni 16 oktyabr 2025-ci ildə onun qüvvədə olduğu müddət bitib. Ticarət nişanının qeydiyyata alındığı xidmətlər sırasına musiqili avtomatlar, səsyazma avadanlığı, kitab nəşri və təhsil daxildir.


"Retsital" 1980-ci illərdən başlayaraq Alla Puqaçovanı uzun illər müşayiət edən rus qrupudur. Sənətçi musiqiçilərlə birlikdə "Kak trevojen etot put" ("Bu yol necə narahatedicidir" - 1982) albomunu yazdırıb. Əməkdaşlığın başa çatmasından sonra kollektiv müstəqil çıxışına davam edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031