Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ açıqlandı

19-10-2025, 16:18 79 dəfə baxılıb

"Atamın temperaturu düşüb. İnfeksiya bədəndən tam təmizlənməyib, amma həkimlər çox səy göstərirlər, yaxşıya doğru inkişaf var".


Bu fikirləri Yenisirvanli.info.az -a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.


Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ açıqlandı


O bildirib ki, infeksiya ilk gündən fərqli olaraq artıq təmizlənir:


"Qanı yuyulub, amma tam sağalmayıb, zaman lazımdır. Atamda yanaşı xəstəlik də var, buna görə asan deyil. Sistemlə qidalanır. Gərək təbii qida qəbul etsin ki, sağalsın. Bu vəziyyətdən çıxandan sonra onu daha məsuliyyətli əməliyyat gözləyir. Boğazındakı şişlər götürülməlidir".


Qeyd edək ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət öncə xəstəxanaya yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031