Balkondan yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni Güllünün ölümünə dair təfərrüat məlum olub

26-09-2025, 18:51 71 dəfə baxılıb

 

Evinin balkonundan yıxılaraq həyatını itirən məşhur türkiyəli müğənni Güllünün ölümü ilə bağlı təfərrüat məlum olub.


Bu barədə Yenisirvanli.info.az Türkiyə KİV-ə istinadən xəbər verir.


Məlumata görə, uzun müddətdir Yalova şəhərinin Çınarcık rayonunda yaşayan müğənni qızı və onun dostu ilə birlikdə 6-cı mərtəbədəki evinin balkonunda oturduğu zaman əhvalı pisləşib və yıxılıb. Sənətçi hadisə yerində ölüb.


Yalova Valiliyindən verilən yazılı açıqlamada bildirilib ki, aidiyyəti qurumlara gecə saatlarında hadisə ilə bağlı məlumat daxil olub və onlar qeyd edilən ünvana gediblər.


"Ünvana çatdıqları aman Güllü kimi tanınan Gül Tutun qızı və qızının dostu ilə əylənərkən pəncərədən yıxıldığı və sağlıq qrupu tərəfindən aparılan müayinədə öldüyü müəyyən edilib. Məsələ ilə bağlı Respublika Baş Prokurorluğundan alınan göstərişə uyğun olaraq, Çınarcık Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb", - deyə açıqlamada qeyd edilib.


09:42


Məşhur türkiyəli müğənni Güllü 6-cı mərtəbədəki evinin balkonundan yıxılaraq ölüb.


Bu barədə Yenisirvanli.info.az "Haber Global"a istinadən xəbər verir.


Arabesk musiqisinin sevilən simalarından olan Güllünün ölümü ilə bağlı xəbəri oğlu Tuğberk Gülter sosial şəbəkə hesabında açıqlayıb.


"Kədərli xəbəri paylaşmaq üçün bu mesajı dərc edirəm. Sosial mediada yayılan intihar xəbərləri əsassızdır. Güllünü bu gecə baş verən faciəli bədbəxt hadisə nəticəsində itirdik. Cənazə ilə bağlı xəbərləri bu "Instagram" səhifəsində paylaşacağam. Başımız sağ olsun", - deyə o bildirib.


Qeyd edək ki, Güllü "Sabah olmadan", "Değmezmiş sana", "Ödüm kopuyor" və "Unuttum işte" kimi tanınmış mahnıların ifaçısıdır.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031