Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu

30-07-2025, 12:58 59 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, “Avroviziya 2011” qalibi Nigar Camalın geyindiyi libası tənqid edənlər arasında Əməkdar artist Fərqanə Qasımova da olub. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, ifaçılar bir-birinin ünvanına tənqidi fikirlər səsləndiriblər.

Nigarı müdafiə edənlər arasında isə müğənni Xatirə İslam yer alıb. Xatirə “axsamaz” instaqram səhifəsində bununla bağlı yazıya şərh yazıb.

 

Xatirə həmkarının ünvanına “Bu qızdan nə istəyirsiniz? Çox gözəldir və yaraşır, təbii ki, yalnız səhnədə. Ən çox onun obrazını bəyəndim” sözlərini bildirib.

 

Qeyd edək ki, Nigar “Dream Fest” zamanı geyindiyi qara bodiyə görə onu tənqid edənlərə “Adi insanlar özlərini səhnə adamları ilə eyni tuturlarsa, bu, onlarda gözəl görünməz, normal deyil. Amma biz səhnədəyik, hər şey ola bilər. Belə daha maraqlı olur” sözlərini söyləyib.

 

F.Qasımova isə “axsamaz” instaqram səhifəsində bu açıqlamaya şərh yazıb. Muğam ifaçısı “Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır – türk qardaşlarımız demişkən” deyə, Nigara şərh bildirib.

 

Daha sonra ifaçılar arasında qalmaqal böyüyüb və Nigar F.Qasımova haqqında tənqidi açıqlama verib. Axşam.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031