Faytonçu Nazim Elman Əzimovdan 50 min təzminat alıb…
Nazim Pişyari (Faytonçu Nazim) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzminat alıb.
“Elmed” klinikasının cərrahı Elman Əzimovla məhkəmə davamız uzun çəkdi. Amma qərar sonda mənim xeyrimə bitdi. Həkimdən 50 min manat təzminat aldım. Həmin vaxt xəstəxanada xərclədiyim bütün vəsaiti geri ala bildim. Həmin pulu yavaş-yavaş xərclədim. Hadisə 2017-ci ildə olub, indi 2025-ci ildir. O vaxtdan pul qalar? İkincisi də, həkimə böyük zərbə vurdum. Məsələ ictimailəşən kimi onun həkimlik statusuna zərbə dəydi. Məhkəmə prosesi gedəndə onu hər yerdə sıxırdılar. Ölkədən çıxa bilmədi, işləyə bilmirdi. Məhkəmə gedən vaxt onu işdən tədric eləmişdilər. Haradasa 4-6 ay işləmədi. Bu da bilirsiniz də nə deməkdir?”
Bakıya qayıdan müğənni səhhəti qaydasına düşən kimi həkimin ciddi cəzalandırılması tələbi ilə Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna və Binəqədi Rayon Prokurorluğuna müraciət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: