Nihal Candan vəfat etdi
Türkiyəli fenomen Nihal Candan vəfat edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində ürək tutması keçirib.
Daha əvvəl anoreksiyadan əziyyət çəkən və müalicə alan Candan Türkiyədə "çirkli pulların yuyulması" ilə bağlı araşdırmalarda bir müddət həbs olunmuşdu.
O, həbsinə etiraz olaraq yemək yeməyib və nəticədə də sürətlə çəki itirib. Bununla da o, psixoloji problemlər yaşamağa başlayıb.
Arıqlayaraq 37 kiloqrama düşən fenomenin həbsxanada müalicəsinin davam etdirilə bilməyəcəyi ilə bağlı rəy verildikdən sonra azadlığa buraxılıb.
Son məlumata görə, Nihal ölümündən öncə 23 kq çəkiyə düşüb.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: