Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı

23-05-2025, 10:32 212 dəfə baxılıb

 

Xalq artisti Röya Ayxan Fransada keçirilən Kann Film Festivalı çərçivəsində təşkil olunan "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  estrada ulduzu ağ və qara rəngli libası ilə qırmızı xalıda addımlayaraq diqqət mərkəzinə düşüb. Sənətçi stilist Anar Ağakişiyevlə birlikdə kameralar qarşısına keçib.

Tədbir çərçivəsində Röya Ayxan müasir Azərbaycan musiqisinə verdiyi töhfələrə görə "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.

Qeyd edək ki, "I Success" - biznes, mədəniyyət, incəsənət və innovasiya sahələrində uğurları qeyd edən beynəlxalq platformadır. Onun əsas tədbiri olan "I Success Top 100 Awards Gala" müxtəlif dünya şəhərlərində, o cümlədən Buxarest və Kann şəhərlərində keçirilir. Gala gecəsində öz sahəsində fərqlənən 100 nüfuzlu şəxs və təşkilat mükafatlandırılır. Tədbirin məqsədi fikir liderlərini, sənətçiləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək, əməkdaşlıq və ilham üçün platforma yaratmaqdır. Oxu.az

Həmin görüntüləri təqdim edirik:

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031