Zaur ölkədən köçməsi iddialarına cavab verdi

20-05-2025, 10:46 260 dəfə baxılıb

 

Aparıcı cütlük Zaur və Günay Baxşəliyeva ölkədən köçməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Axşam.az-ın məlumatına görə, Zaur proqramında bunun yalan olduğunu bildirib. O qeyd edib ki, ATV-dəki fəaliyyətini davam etdirir:

.

"Hara gedirik? Kim özündən belə xəbər çıxardıb? Müğənni də deyiləm ki, deyim, toyların qabağını alıblar. İki il əvvəl də belə xəbər çıxartdılar, ATV təkzib etdi. Belə yalan xəbəri yaymaqla bizə nə edəcəksiniz? Bizi və kanalı tanıyan, vaxtilə ATV-nin çörəyini yeyənlər edir. Gəzmək üçün harasa gedirik, amma ölkəyə qayıdırıq. Yazıblar mövsüm bitəndə gedirlər. Mövsüm bitəndə hamı tətilə gedir. Nəsə olsa, bizim özümüzdən eşidəcəksiniz. İnstaqram, TikTok rəsmi səhifələrimizdir.

Kanalda mən 23, Günay 19 ildir çalışır. Allah nəsib etsin, bundan sonra da 23 il fəaliyyət göstərək. Belə şeylər edib insanların ürəyini vurmasınlar. Bizə belə piar lazım deyil".


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031