Zaurla Günayın verilişləri bağlanır - ölkədən gedirlər

15-05-2025, 10:20 214 dəfə baxılıb

 

Tanınmış telejurnalist, ATV-nin "Bizimləsən" və "Zaurla Günaydın" verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri həmin sayta açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031