“Ayan ailə qurub, Dubaya köçüb”

28-04-2025, 17:06 98 dəfə baxılıb

 

Müğənni Ayan Babakişiyevanın gizlincə ailə qurduğu iddia olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu haqda Ayanın həmkarı və duet ortağı Nadir Qafarzadə qonaq olduğu “Afaqla 10lar” verilişində məlumat verib.

 

Proqramın aparıcısı Afaq Gəncəlinin “Deyək ki, Nadir BƏƏ-də ev alıb. Hansı məşhur onun evində kirayə qalmaq istəsə Nadir ona “yox” deyər? Ayan Babakişiyeva, Xatirə İslam yoxsa Fatimə Fətəliyeva?” sualına Nadirin cavabı belə olub:

 

“Ayana deyərdim ki, yox. Çünki onun Dubayda evi var. Öz evində qalsın. Mən Ayanın evində qalmamışam. Bildiyimə görə Ayan bir müddət əvvəl ailə qurdu və Dubaya köçdü. Orada bir müddət yaşadı. Bilirəm ki, Ayanın orada qalmağa evi var. Amma Xatirə və Fatimənin Dubayda qalmağa yeri yoxdur. Ona görə onlara deyəcəyəm ki, gedin evimdə qalın”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031