Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirildi

24-04-2025, 11:42 170 dəfə baxılıb

 

Məşhur müğənni və rejissor Mahsun Kırmızıgül son aylarda yaşadığı ağrılı itkilərdən sarsılıb. Sənətçinin 99 yaşlı anası Faike Arık 6 dekabr 2024-cü ildə dünyasını dəyişib. Bu itkidən qısa müddət sonra ögey anası Zühre Bazencirin ölümü onu bir daha sarsıdıb. Kədərini sosial şəbəkədə paylaşan Kırmızıgül hisslərini "Ürəyim yanır" sözləri ilə dilə gətirib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu stress və emosional dağıntıdan sonra Kırmızıgül bir müddət əvvəl ürək döyüntüsü şikayətləri ilə xəstəxanaya müraciət edib. Xüsusilə müğənni Volkan Konakın səhnədə infarkt keçirərək vəfat etməsi Kırmızıgülün xəstəliyini ciddi qəbul etməsinə səbəb olub.

Kardiologiya şöbəsində aparılan müayinələrdən sonra Kırmızıgülün səhhətinin yaxşı olduğu və ciddi problem olmadığı öyrənilib. Son zamanlar yaşadığı itkilərlə gündəmdə olan Mahsun Kırmızıgülün bir müddət dincələcək.


Yenisirvanli.İnfo.Az  

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031