Almaz Ələsgərova Afaq Bəşirqızı ilə davasından danışdı

23-04-2025, 10:25 187 dəfə baxılıb

 

Xalq artisti Afaq Bəşirqızı ilə Əməkdar artist Almaz Ələsgərova arasında Akademik Musiqili Teatrında mübahisə düşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, müğənni A.Ələsgərova axşam.az-a açıqlamasında A.Bəşirqızı ilə dalaşmasını inkar etməyib:

"Olan oldu, keçən keçdi. Biz onunla əməkdaşıq, hər bir işdə belə hadisə olur. Bu haqda danışmaq istəmirəm. Belə bir hadisə baş verib, verməyib danışmayacağam".

Qeyd edək ki, dava barədə xəbəri Qaynarinfo-ya yayıb. Məlumata görə, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan "bu qələti edən kimdir?" deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova "qələti sən özün edirsən" cavabını verib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930