Məşhur aktyor “Komedixana”dan getdi

14-04-2025, 18:25 3 dəfə baxılıb

 

Aktyor Cavidan Novruz “Komedixana” komandası ilə yollarını yenidən ayırıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Sumqayıt konsertindən sonra o, komandadan uzaqlaşıb.

 

Cavidan apreldə baş tutacaq Moskva konsertinin posterində də yer almayıb.

 

Qeyd edək ki, aktyor ötən ilin may ayında da “Komedixana” ilə yollarını ayırmışdı. O, ayrılma səbəbi kimi atasını göstərmişdi:

 

“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm.

 

“Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil. Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənliklə yox, dostluqla ayrıldım”. (Musavat.com)



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930