Fəxri adların verilməsi dayandırılıb? – Afaq Bəşirqızından AÇIQLAMA

8-04-2025, 18:24 108 dəfə baxılıb

 

“Fəxri adların ləğv ediləcəyi barədə bizə hələ rəsmi şəkildə heç bir söz deməyiblər. Amma köhnələrdən fəxri adların alınacağına inanmıram. Bilirsiniz, bu artıq mədəniyyətsizlikdir. Belə  bir şey ola bilməz. Xalq artistləri, Əməkdar artistlər var…”

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.

“Bundan sonra fəxri adların verilməyəcəyi məsələsinə gəlincə, bəli, çoxdandır, heç kimə fəxri ad verilmir. Demək olar, hər gün beş-altı nəfər fəxri ad alırdı. Fikirləşdim ki, bu bir ajiotajdır. Amma indi bir az ara verilib. Yəqin ki, dövlət planında bu barədə nəsə fikir var. Hər halda tezliklə bilinəcək ki, nədir, nə deyil. Aktyorlara qarşı belə qayğısızlığın, etinazlığın olacağına inanmıram. Çünki cənab Prezident İlham Əliyev var. Heydər oğlu. Heydər Əliyevin Azərbaycan aktyorları, teatrı, incəsənəti üçün etdikləri misilsizdir. Fəxri adları ləğv etmək yox, əksinə, onun oğlu atasının etdiklərinin beş dəfə artığını edər. Hər halda hər şey yaxşı olacaq”, – Xalq artisti bildirib.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930