Tanınmış reper Paşa vəfat etdi

5-04-2025, 10:50 106 dəfə baxılıb

 

Rusiyanın məşhur reperi Paşa Texnik (Pavel Nikolayeviç İvleyev) vəfat edib.


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu haqda musiqiçinin ailə üzvləri məlumat yayıb.

 

Ötən həftə reper ağır vəziyyətdə Tailandda reanimasiyaya yerləşdirilib.

 

Həkimlər musiqiçiyə aspirasiya pnevmoniyası sepsis diaqnozu qoyublar.

 

Təsdiqlənməmiş məlumatlara görə, ehtimal ki, bu hal onda qadağan olunmuş maddələrlə şiddətli zəhərlənmə nəticəsində yaranıb.

 

Yaxınlarının sözlərinə görə, Paşanın ağciyərləri demək olar ki, tamamilə zədələnib, o, süni nəfəs aparatında və "ECMO" da olub.

 

Bu gün günortadan sonra məlum olub ki, reper klinik ölüm keçirib, lakin həkimlər onu həyata qaytara biliblər.

 

Axşam onun vəziyyəti daha da kəskinləşib və Paşa ölüb. Onun 40 yaşı var idi.

 

Qeyd edək ki, Paşa Texnik, Rusiya hip-hopunun ən görkəmli reperlərindən biri hesab olunur. 2000-ci illərin əvvəllərində "Künteynir" qrupunun rəhbəri olub, sonra solo çıxış edib.

Paşa işindən əlavə, təxribat xarakterli davranışları, qanun pozuntuları ilə tanınıb.  (olay)


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031