Aktyor Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb

28-03-2025, 13:32 99 dəfə baxılıb

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev hələ də süni tənəffüs aparatına qoşuludur...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu APA-ya aktyorun qızı bildirib.

“Atamın ağ ciyərində infeksiya var. Həkimlər onu müalicə etməyə çalışırlar. Hələ də süni tənəffüs aparatına qoşuludur. Bir də böyrəklərində problem olur deyə bəzən dializ aparatına da qoşulur”.

Qızı onu da qeyd edib ki, atasının səhhəti ilə yalnız Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və aktyor dostları maraqlanır.

Qeyd edək ki, bir neçə gün öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşıb.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930