Yaz depressiyasına daha çox kimlər məruz qalır? - Psixoloqdan AÇIQLAMA

19-03-2025, 18:19 102 dəfə baxılıb

"Yuxu pozğunluğu və allergiyadan əziyyət çəkən, artıq depressiv epizodları olan, həmçinin dəyişikliklərə həssas olan insanlar yaz depressiyasına daha çox məruz qalırlar".

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə müsahibəsində rusiyalı psixoloq Yelena Mazankina danışıb.

Mütəxəssis qeyd edib ki, əhvali-ruhiyyənin yazda pisləşməsi "sadəcə keçici bir kədər deyil", həmçinin insanın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən bir vəziyyətdir.

Psixoloq vurğulayıb ki, psixi problemləri, o cümlədən obsesiv-kompulsiv pozuntu (OKP) xəstəliyi olan insanlarda mental problemlər daha da kəskinləşə bilər.

"Qışda işıq və havanın olmaması, oturaq həyat tərzi və vitamin ehtiyatlarının tükənməsi vitamin çatışmazlığına, orqanizmin müdafiə qabiliyyətinin azalmasına və apatiyaya səbəb olur. Bundan əlavə, atmosfer təzyiqinin dalğalanmaları, temperaturun qəfil dəyişməsi və xroniki xəstəliklərin kəskinləşməsi vəziyyəti daha da ağırlaşdırır", - deyə Mazankina bildirib.

Yaz depressiyasının simptomları arasında hərəkətin ağırlaşması, süstlük, zəiflik, intellektin tormozlanması, unutqanlıq, səliqəsizlik, mənfi emosional əhvali-ruhiyyə, həmçinin yuxusuzluq və iştahsızlıq da var.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031