Böyrəklər üçün ən faydalı ədviyyat - Həkimlərdən açıqlama

11-08-2026, 10:57 205 dəfə baxılıb

 

Amerikalı diyetoloq Sara Prato böyrəklər üçün faydalı və əlçatan ədviyyatlardan birinin adını açıqlayıb.

 

Yenisirvanli.İnfo.Az bildirir ki, O, bu barədə "Eating Well" nəşrinə müsahibəsində danışıb.

 

Sara Prato böyrək sağlamlığını qorumaq üçün qida rasionunda sarımsağa daha çox yer verməyi tövsiyə edib.

 

Onun sözlərinə görə, sarımsağın tərkibində antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik allisin adlı birləşmə var. Diyetoloq bildirib ki, araşdırmalar bu birləşmənin xroniki böyrək xəstəliyi riskini artıran iltihab və oksidləşdirici streslə mübarizəyə kömək edə biləcəyini göstərib.

 

Nefroloq Raida Qivala əlavə edib ki, sarımsaq ürək-damar xəstəlikləri və diabet riskinin azalmasına da kömək edə bilər. Onun sözlərinə görə, bu təsir qismən allisinlə əlaqəlidir. Allisin qan damarlarının genişlənməsinə və qan təzyiqinin aşağı düşməsinə kömək edən azot oksidinin ifrazını təşviq edir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031