Xəstələr məmurlara aid klinikalara göndərilir, 50 faizi bağlanacaq - VİDEO

13-03-2025, 10:31 348 dəfə baxılıb

Azərbaycanda bir çox klinika bağlanacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Səhiyyə TV"nin rəhbəri, tibbi media və biznes təşkilatçısı Azər Xudiyev Baku TV-nin efirində deyib.
İcbari Tibbi Sığorta məsələsinə toxunan ekspert xəstələrin məmurlara aid olan klinikalara göndərildiyini vurğulayıb:
"Bu gün klinikaların maddi durumu və ora müraciət edən xəstələrin sayı azalıb. Hamısı çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırsın və s. Bu, heç bir qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr dövlət təşkilatlarına göndərilir. Orada keyfiyyətli xidmət göstərilmir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik.

Vətəndaş öz maaşından ayırır ki, "mən icbari tibbi sığorta ilə təmin olunum". Amma o, keyfiyyətli xidmət almır. Burada subyektiv məqamlar var.

Məmurlara bağlı klinikalar var ki, qəsdən onlara yönləndirilir. Mən sizə əminliklə deyirəm ki, bir neçə ilə bu gün fəaliyyət göstərən 50 faiz klinikalar bağlanacaq".

Daha ətraflı videoda:


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031