“Azərbaycanda şəkər xəstələrinin sayı artır: Əsas səbəblər həyat tərzi və piylənmədir”

15-08-2025, 10:26 149 dəfə baxılıb

“Azərbaycanda şəkər xəstələrinin sayının artması bir neçə əsas amillə bağlıdır”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında endokrinoloq Elçin Quliyev deyib.

O bildirib ki, əsas səbəblərdən biri həyat tərzidir:

“Müasir həyat ritmi insanların azhərəkətli olmasına və yüksək kalorili, şəkərli qidalarla qidalanmasına səbəb olur. Bu isə qan şəkərinin yüksəlməsinə və tip 2 diabet riskinin artmasına gətirib çıxarır. Digər tərəfdən, piylənmə və artıq çəki də şəkər xəstəliyinin baş verməsində əsas rol oynayır. Genetik meyl və ailədə şəkər xəstəliyi olan faktlar da riski artırır. Son illərdə müayinələrin genişlənməsi səbəbindən əvvəllər aşkarlanmayacaq diabet halları indi daha çox qeydə alınır. Həmçinin uzunmüddətli stress və həyat tempinin yüksək olması insulin müqavimətini yüksəldərək xəstəliyin yaranma ehtimalını artırır. Əsas tövsiyəmiz sağlam qidalanma, müntəzəm fiziki aktivlik və vaxtaşırı qan şəkərinin yoxlanılmasıdır”.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031